İran Silahlı Qüvvələri Ben Qurion hava limanında İsrailin yanacaqdoldurma təyyarələrinə və Qüdsdə yerləşən İsrail Milli Təhlükəsizlik Nazirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Oxu.Az-ın məlumatına görə, SEPAH-ın mətbuat xidməti bu barədə açıqlama yayıb.
"Bu səhər İsrail ordusunun Ben Qurion hava limanında yanacaqdoldurma təyyarələrinə, Qüdsdəki sionist düşmənin Milli Təhlükəsizlik Nazirliyinə və Təl-Əvivdə yerləşən "Chanel 13" kanalına genişmiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirilib", - deyə məlumatda bildirilib.
İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan yeni raket hücumları aşkarladığını və gələn raketləri ələ keçirməyə başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.
"İsrail Ordusu İrandan ölkə ərazisinə doğru raket buraxılışı aşkar edib. Müdafiə sistemləri təhlükəni ələ keçirmək üçün çalışır", - deyə məlumatda bildirilib.
İrandan İsrailə doğru yeni raket hücumları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumata görə, atılan raketlər SAXAL tərəfindən zərərsizləşdirilib.
"İrandan İsrailə doğru raket atışları qeydə alınıb. İsrailin hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.