İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, baş verən ilk seysmik hadisədən beş dəqiqə keçdikdən sonra Kozran ərazisində 5.7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.
Dağıntı və itkilər barəsində hələlik heç bir məlumat açıqlanmayıb.
Qaynar xətt:
(055) 224 12 12