ABŞ hərbi qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə yönəlmiş növbəti hücum dalğasının yekunlaşdığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib.
"Mərkəzi Komandanlıq ardıcıl olaraq doqquzuncu gecə İrana qarşı həyata keçirilən zərbələri tamamlayıb", - deyə açıqlamada qeyd olunub.
Komandanlığın açıqlamasında hədəf alınan obyektlər sırasında komanda-idarəetmə mərkəzlərinin, sahil nəzarət məntəqələrinin və hava hücumundan müdafiə qurğularının, həmçinin hərbi dəniz vasitələrinin, raket və pilotsuz uçuş aparatlarının dislokasiya yerlərinin olduğu vurğulanıb.