İran hakimiyyəti ölkənin hava məkanında tətbiq edilmiş bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi açıqlama yayıb.
"Zəruri koordinasiya işləri aparıldıqdan və uçuşlar üçün təhlükəsiz şərait təmin edildikdən sonra bütün məhdudiyyətlər ləğv olunub. Ölkənin aviasiya fəaliyyəti mövcud plana uyğun olaraq mərhələli şəkildə normal iş rejiminə qayıdır", - deyə qurumun bəyanatında bildirilir.
İranda bütün hava limanlarından uçuşlar növbəti bildirişədək dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi ölkənin Mülki Aviasiya Təşkilatına istinadən məlumat yayıb.
Məlumata görə, qərar ölkənin qərb hissəsində hava məkanının bağlanması ilə əlaqədar qəbul edilib.
İran hakimiyyəti iyunun 8-nə keçən gecə təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanının qərb sektorunu bağladığını açıqlamışdı. Məhdudiyyətlər İran və İsrail arasında raket zərbələri fonunda tətbiq olunub.
Həmin gecə İraq hakimiyyəti də mülki aviasiya üçün məhdudiyyətlər tətbiq etsə də, daha sonra hava məkanını yenidən açıb.
"İsrail"in N12 telekanalının məlumatına görə, Təl-Əviv əməliyyatın dayandırılması ilə bağlı siqnallar verib, lakin bununla bağlı rəsmi təsdiq açıqlanmayıb.