Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda Cənubi Azərbaycan futbol komandasının azarkeşləri hücuma məruz qalıblar
İranda Cənubi Azərbaycan futbol komandasının azarkeşləri hücuma məruz qalıblar.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, ötən gün İranın Mazandaran əyalətinin "Vətəni" stadionunda Təbrizin "Traktor" və "Nassadji" futbol komandaları arasında qarşılaşma baş tutub.
"Traktor" komandasının azarkeşləri "Nassadji"nin azarkeşləri tərəfindən döyülüblər. Daha sonra Güney Azərbaycandan olan azarkeşlər stadiona qapadılıblar və onlar bir müddət oradan çıxa bilməyiblər.
Bildirilib ki, "Nassadji" komandasının azarkeşləri oyun zamanı "Traktor" azarkeşlərinin ünvanına şüarlar və nalayiq ifadələr işlədiblər.
"Traktor" teqi üzrə xəbərlər
- Türkiyədə haskinin traktor sevgisi: Sükan arxasındakı görüntüləri gündəm oldu
- İran çempionatının "Traktor" – "Persepolis" matçında dava düşdü, 32 nəfər yaralandı
- "Traktor" klubu Musa Qurbanlının transferində maraqlıdır
- "Traktor"la oyuna getməyən komanda Çempionlar Liqasından qovuldu
- İmişlidə traktor AŞDI: Sürücü ÖLDÜ