Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib
"Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, 2024-cü ildə 200-dən çox vəkilin intizam işinə baxılıb:
"76 vəkil intizam tənbehi alıb, 17 nəfər vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq.
Biz öz əməllərimizə qiymət verməliyik, vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılaşacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, onlardan 364-ü uğur qazanıb. Bizim imtahanlar çox çətindir".
"Vəkillər Kollegiyası" teqi üzrə xəbərlər
- Azərbaycanda niyə sənət yoxdur?
- 3 vəkilə töhmət VERİLDİ: 1 vəkilin fəaliyyəti müəyyən müddətə DAYANDIRILDI
- Vəkillər Kollegiyası "Əqrəb mövsümü" serialı ilə bağlı MƏLUMAT YAYDI
- Azərbaycan vəkilləri peşə bayramını qeyd edirlər
- Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib: Üç vəkilin fəaliyyəti dayandırılıb