Fevralın 28-də İranın Minab şəhərində məktəbə endirilən zərbə nəticəsində həlak olanların sayı artıb.
Oxu.Az Mizan agentliyinə istinadən xəbər verir ki, bu barədə Minab şəhərinin rəhbəri Məhəmməd Radmehr məlumat verib.
"Minab şəhərinin ibtidai məktəbində həlak olan şagird qızların sayı 153 nəfərə çatıb", - deyə o bildirib.
İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olan şagirdlərin sayı 148 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunur ki, yaralıların sayı isə 95-ə yüksəlib.
Xatırladaq ki, qızlar üçün ibtidai məktəbə hücum barədə ilk məlumat fevralın 28-də yayılmışdı.