İran silahlı qüvvələri ABŞ-nin İslam Respublikasına etdiyi hücumlara cavab olaraq İordaniyada yerləşən "Əl-Əzrəq" hərbi bazasına ballistik raketlərlə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Press TV" İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Vurğulanır ki, raket hücumları nəticəsində üç ədəd "F-35" qırıcı təyyarəsi tamamilə məhv edilib, daha üç hava gəmisi isə ciddi zədələnib. Bununla yanaşı, ABŞ hərbçiləri, eləcə də texniki və xidməti personalın əməkdaşları arasında ağır yaralananlar var.