Martın 18-də “Mersad” hərbi qüvvələrinin Xaş-Zahidan istiqamətində hərəkət edən “Pejo-405” markalı avtomobilə açdığı atəş nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Azad İran”ın “Telegram” kanalı xəbər verir ki, 15 nəfərin zərər çəkməsinə səbəb olan hadisə Əfqanıstan vətəndaşlarını daşıyan “Pejo-405” avtomobili ilə “Lifan” markalı avtomobilin toqquşması ilə nəticələnib. Hadisə nəticəsində ölənlər var.
Hadisə zamanı hər iki avtomobilin sərnişinlərindən ölən və yaralananlar olub. Yerli mənbələrin bildirdiyinə görə, “Lifan” markalı avtomobilin sərnişinləri etnik bəluç xalqına mənsub bir ailənin üzvləri olub.