İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları artıb.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatına istinadən məlumat yayılıb.
Hesabata görə, hazırda İran 142,1 kq belə materiala malikdir.
Sənəddə qeyd olunub ki, il ərzində İranla BAEA arasındakı dialoqda heç bir irəliləyiş baş verməyib.
Mənbə: TASS