Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
İraq İsveç səfirini ölkədən qovdu - YENİLƏNİB + VİDEO
İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib.
Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatla çıxış edib.
Bəyanatda, həmçinin, qeyd olunur ki, İraq hökuməti rəsmi Bağdadın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq haqqında qərar qəbul edib.
09:56
İraq polisi İsveçin Bağdaddakı səfirliyinə hücum edən izdihamı oradan uzaqlaşdırmaq üçün su şırnaqlarından və elektroşok cihazlarından istifadə etməli olub.
Yerli mətbuat yazır ki, bəzi qəzəbli aksiya iştirakçıları Quran nüsxəsinin yandırılmasına etiraz olaraq Bağdaddakı İsveç səfirliyinə soxularaq, diplomatik korpusun tikililərinə od vurublar.
Səfirlik əməkdaşlarından heç kimin xəsarət almadığı bildirilir.
Qeyd edək ki, İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.
Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.

Mənbə: AFP, TV4, IRNA
"İraq" teqi üzrə xəbərlər
- ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR
- Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı
- İraqın Niderlanddakı səfirliyində yanğın baş verib
- İraqda uşaq evliliyi ilə bağlı qanun: Doqquz yaşlı qızlarla dini nikaha icazə verildi