İraq Kürdüstanında yerləşən "Atruş" neft yatağında güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Shafaq news" telekanalı məlumat yayıb.
Yerli təhlükəsizlik nümayəndəsinin sözlərinə görə, partlayış neft yatağı ərazisində baş verib, ərazidəki işçilər və mülki müdafiə bölmələri yanğını söndürməyə çalışırlar.
Hazırda obyektdə neft hasilatı dayandırılıb.
Bir sıra İraq KİV-ləri neft yatağına hücum edildiyini bildirib.