İraq hökuməti Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus təyyarəyə ölkənin hava məkanından istifadə etməyə icazə verməyib.
Oxu.Az “Al-Masdar” portalına istinadən xəbər verir ki, Tu-154M təyyarəsi Moskvadan Suriyanın Latakiya əyalətinə uçurdu.
Bağdadın qadağası üzündən təyyarə ekipajı istiqaməti dəyişərək Latakiyaya İran üzərindən uçmalı olub.