İki kamikadze-terrorçunun hücumu nəticəsində İraqın Ənbar əyalətində və bunun ardınca başlanan qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin 23 əməkdaşı həlak olub.
Oxu.Az xəbər verir ki, Agence France-Presse-in məlumatına görə, daha 21 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, terrorçular Əl-Cübbə (Al-Jubba) regionunda döyüşçülərin məsciddə olduğu an ora hücum ediblər.
Partlayış nəticəsində 10 nəfər həlak olub. Sonra isə qarşıdurma yaranıb, bu qarşıdurma zamanı isə təhlükəsizlik xidmətinin daha 13 əməkdaşı həlak olub.
Əl-Cübbə Əyn-əl-Əsəd aviabazasının yaxınlığındadır, hal-hazırda orada amerikalı hərbçilər yerləşib.
Terror aktlarına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Son zamanlarda hücumları “İslam dövləti” (İD) yaraqlıları edir.