Keçmiş SSRİ-nin və Rusiyanın məşhur aktyoru Andrey Myaqkov xəstəxanaya yerləşdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, o, başında güclü ağrılar olduğunu bildirib.
Həkimlər aktyorun səhhətində yaranmış problemin səbəbini müəyyənləşdirmək üçün ona xəstəxanada yatmağı məsləhət görüblər.
Qeyd edək ki, Andrey Vasiliyeviç Myaqkov 1938-ci ildə Leninqradda (indiki Sankt-Peterburq şəhəri) anadan olub. O, “Taleyin ironiyası və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” kimi fimlərlə kinosevərlərin yaddaşında qalıb.
N.О.