İŞİD terror qruplaşmasının yaraqlıları öz jurnallarında Misirdə qəzaya uğrayan Rusiya təyyarəsinin sərnişinlərinin sənədlərini, həmçinin terror aktında istifadə edilən əldəqayırma bombanın fotolarını dərc ediblər.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, şəkillərin birində 3 sənəd: 2 xarici pasport və 1 hərbçi sənədi, digərində isə - təyyarənin partladılmasında istifadə olunan partlayıcı qurğunun hissələri və idarəetmə pultu göstərilib.
Təyyarənin göyərtəsində olan sərnişinlərin sənədlərinin terrorçuların əlinə necə keçdiyi hələlik məlum deyil.
