İŞİD terror qruplaşması ABŞ-ın ötən gün Əfqanıstanda istifadə etdiyi ən güclü qeyri-nüvə bombasından itki vermədiyini bəyan edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qruplaşmanın bəyanatına əsasən, zərbə nəticəsində silahlılardan ölən və yaralanan olmayıb.
Qeyd edək ki, ABŞ ötən gün döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. Bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.
Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub.
Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.
S.B.
www.oxu.az