İŞİD silahlıları İraqın Mosul şəhərində mağaza sahiblərinə hücum ediblər.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb İŞİD-in qoyduğu şəriət qanunları olub.
Onlar Mosulda yerləşən mağaza sahiblərindən manekenlərin üzlərini bağlamalarını tələb ediblər. Mağaza sahibləri İŞİD-in bu əmrini yerinə yetirmək məcburiyyətində qalıblar və manekenlərin üzlərini bağlayıblar.
İŞİD-ə görə kişi və qadın manekenlərin üzlərinin açıq olması şəriət qanunlarına ziddir. Bundan əlavə insan cizgilərinin əks olunduğu heykəltəraşlıq və şəkillərdə də kişi və qadınların üzlərinin açıq olması qadağan edilib.