Dəfələrlə ölüm xəbərləri yalan çıxan İŞİD terrorçularının lideri Bağdadi ölüb.
Oxu.Az-ın xarici mediaya istinadən verdiyi məlumatına görə, bu dəfə İŞİD terror qruplaşması özü Bağdadinin öldürüldüyünü təsdiqləyib.
Bu barədə İraqda yayımlanan “Əl Sumaria” televiziyası adını gizli saxladığı mənbəyə istinadən xəbər yayıb. Artıq terrorçular yeni xəlifələrini də seçiblər.
Xatırladaq ki, əsl adı İbrahim Avad İbrahim əl-Bağdadi olan, Əbubəkr Əl Bağdadi kimi tanınan şəxs özünü 2014-cü ildə Yaxın Şərqdə xəlifə elan etmişdi.
Z.Q.
www.oxu.az