İnternetdə İŞİD terrorist qruplaşması barədə yeni karikatura peyda olub. Karikaturanı yaradanlar guya ki, məşhur jurnalın üz qabığında 3 İŞİD üzvünün yer aldığını göstərirlər.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Jihadi Vogue” adlanan özünəməxsus dəb jurnalında həm də gülməli məqalələr də yer alıb. Bunlardan “Saç düzümünü necə düzgün seçməli” və “Xəlifət üçün dəb tövsiyələri” məqalələrini qeyd etmək olar.
Qeyd edək ki, Suriyada yaranan İŞİD terror qruplaşması, son bir ayda İraqda fəaliyyətini gücləndirib və bir neçə İraq şəhərini ələ keçirib. İslamdan və təfəkkürdən kənar fətvaları və cəza növləri ilə qruplaşma indi də internet istifadəçiləri üçün gülüş obyektinə çevrilib.
