İŞİD terror qruplaşmasının silahlıları 11 iraqlı hərbçini qətlə yetirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə İraqın şimalındakı Salahuddin əyalətində baş verib.
Üzü maskalı silahlılar narıncı rəngli libasda olan girovların şəkillərini internetdə dərc ediblər.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin