Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İŞİD terrorçularının “Qadın” qorxusu
İŞİD terrorçularının ən çox qadın döyüşçülərdən qorxduğu üzə çıxıb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, qadınlar tərəfindən öldürülməkdən qorxan terrorçular belə olduğu halda şəhid olub cənnətə getməyəcəklərini düşünürlər.
“Vall Strit Jurnal”-a danışan kürd döyüşçü İŞİD terrorçlarının “qadın” qorxusu barədə danışıb.
Onun sözlərinə görə, terrorçular ən çox qadın döyüşçülərdən qorxurlar. Onların fikrincə, əgər qadın döyüşçülər onları öldürərsə onların cənnətə düşmək ehtimalı yoxdur.
Xatırladaq ki, ABŞ və İraq ordusunun son günlərdə Ərbil və Sincar əyalətlərinə irimiqyaslı hərbi əməliyyatlara başlamasından sonra əməliyyatlara qatılan kürdlər arasında xeyli qadının olduğu bildirilir.
"İraq" teqi üzrə xəbərlər
- İranın neft tankerləri saxta İraq sənədləri ilə sanksiyalardan yan keçir
- Tramp İraqda İŞİD liderinin məhv edildiyini bildirib
- İraqda dünyanın ən təhlükəli terrorçularından biri öldürüldü
- Türkiyə daha dörd ölkə ilə PKK və İŞİD-ə qarşı mübarizə mərkəzi yaradır
- İraqda daha bir vilayətdə türk dili rəsmi oldu