İŞİD terrorçusu kəsdiyi başı oğlunun əlinə verib fotoşəkilini çəkib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Suriyanın Rakka şəhərində bir İŞİD terrorçusu tvitterə yüklədiyi tükürpədən fotoşəkil dünya mediasını ayağa qaldırıb.
Qeyd edək ki, daha öncə Avstraliyanın Sidney şəhərində yaşayarkən ailəsiylə birlikdə Suriyaya köçən Xalid Şarruf adlı terrorçu kəsilmiş başı yeddi yaşında təxmin olunan oğlunun əlinə verərək fotoşəkilini çəkib.
Terrorçu tvitterə yüklədiyi fotoşəkilin altına da “Budur, mənim oğlum!”, - deyə qeyd yazıb.
Fotoşəkildə kiçik bir uşağın suriyalı əsgərə aid olduğu təxmin edilən kəsilmiş başı iki əliylə çətinliklə tutmağa çalışdığı əks olunur.