Küveytdən olan islam din xadimi İbrahim əl-Kəndari Misir ehramları və Sfinksin heykəlini dağıtmaq təklifi ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə Misirn Al-Watan nərşi yazıb.
Kəndarinin sözlərinə görə, ilk dəfə Misirə ayaq basmış müsəlmanların ehramları dağıtmamaqları o demək deyil ki, bunu indi etmək lazım deyil.
“Məhəmməd peyğəmbər Məkkədə bütün bütləri məhv etmişsə, deməli onun davamçıları bütpərəstliyə son qoymalıdır – hətta bu gün fironlar dövrünün tikililərinin itaət yox, sadəcə tarix, mədəniyyət, memarlıq nümunəsi olmasına baxmayaraq!”, - deyə, küveytli dini xadim hesab edir.