Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.
Məlumatda bildirilir ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq.
Dəfn mərasiminin təşkili üzrə komissiyaya ölkənin baş naziri Şavkat Mirziyayev rəhbərlik edəcək.