İspaniyada anbardan iki milyon qutu maska və dərman oğurlanıb.
RT xəbər verir ki, hadisə Santyaqo-de-Komposteldə yerləşən anbarda baş verib.
Maska və dərmanların yerində boş qutular qalıb.
Oğurlanan məhsullar beş milyon avro (təxminən 9.199.000 AZN) məbləğindədir. İspaniya mətbuatı hadisədə əli ola biləcək yerli iş adamının tutulması barədə məlumat yayıb.