Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail İranda DİVERSİYA əməliyyatları da həyata keçirib
İsrail Hərbi Hava Qüvvələri İrana aviazərbələrlə yanaşı, ölkə ərazisində raket və hava hücumundan müdafiə obyektlərinə qarşı diversiya əməliyyatları da həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" platformasında yazıb.
Onun İsrail rəsmilərinə istinadla verdiyi məlumata görə, "Mossad" kəşfiyyat xidməti İranda bir neçə gizli diversiya əməliyyatı keçirib.
Əməliyyatlar nəticəsində İslam Respublikasına məxsus raket və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi obyektlərdə ciddi zədələr qeydə alınıb.
Digər tərəfdən, "The Times of Israel" yazır ki, İsrail cümə gününə keçən gecə İrana beş mərhələdə hücum təşkil edib və yüzlərlə hava zərbəsi endirib.
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan etmişdi ki, rəsmi Təl-Əviv "İranın nüvə zənginləşdirmə proqramının ürəyinə" və raket proqramı ilə bağlı obyektlərə zərbələr endirib.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"