Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsrail ordusu Qəzzanın şimalında əməliyyat keçirdi - Onlarla silahlı məhv edildi
İsrail Müdafiə Ordusunun (SAXAL) əsgərləri Qəzza zolağının şimalında radikal HƏMAS hərəkatına məxsus 2 km uzunluğunda tuneli partladıblar.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, bu ərazidə keçirilən əməliyyat zamanı onlarla silahlı məhv edilib.
Mətbuat xidməti qeyd edib ki, SAXAL İsrail vətəndaşlarını qorumaq üçün Qəzza zolağında terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcək.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar