İsrail aviasiyası Tehrana növbəti hücum zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin qərargahına zərbə endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.
"Biz İrandakı rejimin əsas strukturlarına güclü zərbələr endirməyə davam edirik. Zərbə nəticəsində SEPAH-ın Hərbi Hava Qüvvələrinin qərargahı məhv edilib. Bu hücum zamanı İsrailə qarşı istifadə üçün hazırlanmış pilotsuz uçuş aparatlarının ehtiyatları da məhv edilib", - deyə o, brifinqdə bildirib.