İsrailin “Mossad” kəşfiyyat xidməti Qətər vasitəsilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS hərəkatından cavab alıb və hazırda onu araşdırır.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiya məlumat yayıb.
“HƏMAS-ın Qətər vasitəçisinin “Mossad”a çatdırdığı cavab danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən ətraflı öyrənilir”, - deyə məlumatda bildirilir.
Mənbə: TASS