İsrail hərbçiləri Qəzza bölgəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının vasitəçiliyi ilə anklavda həlak olmuş girovların cəsədlərinin olduğu daha iki tabut alıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.
Qeyd olunub ki, hərbçilər yaxın vaxtlarda tabutları İsrail ərazisinə çatdıracaqlar, burada məhkəmə-tibb ekspertləri cəsədlərin tanınması prosedurunu həyata keçirəcəklər.
Xatırladaq ki, bir neçə gün əvvəl daha iki girovun cəsədi İsrailə qaytarılmışdı.