Havay adalarındakı Kilauea vulkanı 457 metrdən çox hündürlüyə lava püskürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Hawaii News" nəşri ABŞ Geoloji Xidmətinə istinadən məlumat yayıb.
Lavadakı qaz sütunu isə yer səthindən 4 876 metr yüksəkliyə çatıb.
Xatırladaq ki, Kilauea planetdəki ən aktiv vulkanlardan biridir. O, Havay ştatın paytaxtı Honoluludan təxminən 320 km məsafədə yerləşir.