İsrail ordusu ehtiyatda olan 16 mindən çox insanı hərbiyə çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə azvision.az “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.
“Qəzzada aparılan yerüstü əməliyyatlarda iştirak edən əsgərlərin dincəlməsi üçün 16 mindən çox ehtiyatda olan əsgəri yenidən hərbiyə çağırır” – deyə, İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Ümumilikdə elan olunan səfərbərlik zamanı ehtiyatda olan 86 mindən çox yəhudi əsgəri hərbi əməliyyatlara çağırılıb.
Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçirildiyini elan edib.
Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 1359-a çatıb. Münaqişə nəticəsində ölən İsrail vətəndaşlarının sayı isə 56-ya çatıb.