İsrailin Təbriz şəhərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Bundan əlavə, İsrail Azərbaycan sərhədinə yaxın Ərdəbil vilayətinin Xoruzlu kəndində hərbi radiolokasiya obyektinə də hava zərbələri endirib.
İranın Təbriz şəhərinin hava limanının ətrafı üçüncü dəfə İsrail tərəfindən raket hücumuna məruz qalıb.
Oxu.Az-ın İran mediasına istinadən məlumatına görə, İsrail ölkənin qərbində İranın müdafiə sistemini zəiflədərək, özünə daha dəqiq və dərin hücumlar üçün yol açmağa çalışır.
İsrail Silahlı Qüvvələri Təbriz şəhərinə yenidən zərbələr endirir.
Oxu.Az görüntüləri təqdim edir:
İsrailin bu gün həyata keçirdiyi hücum nəticəsində Təbrizdə beş nəfər həyatını itirib.
Oxu.Az-ın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin rəhbəri Məcid Fərşi xəbər verib.
Onun sözlərinə görə, hücum zamanı daha 12 nəfər yaralanıb.
İsrail Təbriz şəhəri ətrafına yenidən raket hücumu həyata keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Mehr" agentliyi xəbər verib.
Məlumata görə, partlayış səsləri Təbrizin ikinci hərbi hava bazasının (Şikari bazası) yaxınlığından eşidilib. Hücumun dəqiq nəticələri və mümkün tələfat barədə hələlik rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı yayımlanan görüntülərdə partlayış anı və alov topu müşahidə olunur. Hazırda bölgədəki vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.
Rəsmi qurumların mövqeyi açıqlanacağı təqdirdə, əlavə məlumat təqdim olunacaq.
Həmçinin "Azad İran" "Telegram" kanalı İsrailin Təbrizi hədəfə aldığı anların görüntülərini paylaşıb.
İsrail İranın Təbriz şəhərində yerləşən neft emalı zavoduna (NEZ) zərbə endirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İranın IRIB dövlət televiziyası xəbər yayıb.
Məlumata görə, zərbə nəticəsində zavod ərazisinə ziyan dəyib. Hadisə zamanı zavod əməkdaşlarının xəsarət alıb-almadığı barədə hələlik məlumat verilmir.
Bundan əvvəl Natanz şəhərində yerləşən və uranın emalı ilə məşğul olan Əhmədi Roşan obyektində partlayış baş verdiyini bildirmişdi. Lakin İran televiziyasının məlumatına əsasən, hücumdan sonra radioaktiv çirklənmə əlamətləri aşkar olunmayıb.