Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsveç də “Quran”ın yandırılmasını qadağan etməyə hazırlaşır
Danimarkanın ardınca İsveç hökuməti də söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan “Quran”ın, həmçinin digər dini mətnlərin kütləvi şəkildə yandırılmasını qadağan etmək, yaxud məhdudlaşdırmaq barədə düşünür.
Bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial media hesabında bildirib.
O, danimarkalı həmkarı Mette Frederiksen ilə məsələni müzakirə etdiyini açıqlayıb.
“Biz də ölkəmizdə və dünyada isveçlilərin təhlükəsizliyini, həmçinin milli təhlükəsizliyi gücləndirmək üçün vəziyyəti hüquqi nöqteyi-nəzərdən təhlil etməyə başlamışıq”, - deyə Kristersson bəyan edib.
Qeyd edək ki, İsveç və Danimarkada “Quran”la bağlı son vaxtlar bir neçə ictimai aksiya müsəlman dindarlar arasında hiddət fırtınasına və bir sıra müsəlman ölkələrinin diplomatik demarşlara səbəb olub.
Bundan əvvəl Danimarkanın “Quran”ın yandırılmasını qadağan edə biləcəyi barədə xəbər vermişdik.
Mənbə: BBC
Mövzuya aid xəbərlər
- Danimarka Quranın yandırılmasını qadağan edə bilər
- İraq İsveç səfirini ölkədən qovdu - YENİLƏNİB + VİDEO
- İraq Quranı yandıran mühacirə görə İnterpola müraciət ünvanlayıb
- Roma Papası Stokholmda Quranın yandırılmasına qəzəbləndi
- İsveç sakinləri Quranın yandırılmasına icazə verildiyi üçün polisə şikayət ediblər–YENİLƏNİB + VİDEO