Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
İsveçdə Quranın yandırılmasına qarşı iki aksiya keçirilib - VİDEO
İsveçin iki şəhərində Quranın yandırılmasına qarşı iki kütləvi etiraz aksiyası keçirilib.
Dörd minə yaxın insan Stokholmun mərkəzində, iyunun 28-də İraqdan olan bir mühacirin müsəlmanların müqəddəs kitabından bir neçə səhifəni qopararaq yandırdığı məscidin yaxınlığında toplaşıb.
Üç mindən çox insan ölkənin cənubunda, Malmö şəhərində “Quranla islamofobiyaya qarşı” şüarı ilə nümayiş keçirib. Aksiyaları yerli müsəlman təşkilatları təşkil ediblər.
Qeyd edək ki, İsveç rəsmiləri daha əvvəl iraqlının hərəkətini pisləyib və onun “heç bir halda ölkə hökumətinin fikirlərini əks etdirmədiyini” vurğulayıblar.
İsveç Xarici İşlər Nazirliyi Quranın yandırılmasını “etinasızlıq və aşkar təxribat” adlandırıb.
Mənbə: euronews
"İraq" teqi üzrə xəbərlər
- ABŞ Kərkük-Ceyhan neft kəmərinin tezliklə işə salınmasını İSTƏYİR
- Fidan: "Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər"
- İraqda uşaq evlilikləri haqqında qalmaqallı qanunun icrası dayandırıldı
- İraqın Niderlanddakı səfirliyində yanğın baş verib
- İraqda uşaq evliliyi ilə bağlı qanun: Doqquz yaşlı qızlarla dini nikaha icazə verildi