Əfqanıstan paytaxtında terror aktı baş verib.
Oxu.Az xəbər verir ki, Kabilin mərkəzində yük maşının partladılması nəticəsində dörd nəfər ölüb, 90 nəfər yaralanıb.
Yaralananlar arasında 23 uşaq var.
Ölənlərdən üçü hərbçi, bir nəfər isə mülki şəxsdir.
Əfqanıstan Daxili İşlər Nazirliyi partlayışı terror aktı kimi qiymətləndirib.