Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan məmurları bildiriblər.
10:29
“Taliban” hərəkatının döyüşçüləri bu gün səhər Əfqanıstanın paytaxtında baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, kamikadze İcra hakimiyyətinin müavini Məhəmməd Mohakikanın evinin yaxınlığında avtomobildə partlayıcı qurğunu işə salıb.
Partlayış nəticəsində 24 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
08:38
Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat verib.
Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.
Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.
S.S.
www.oxu.az