ABŞ-nin Kaliforniya ştatı nadir hallarda rast gəlinən son dərəcə güclü seysmik hadisə təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, belə bir ciddi xəbərdarlıqla Cənubi Kaliforniya Universiteti nəzdindəki Kaliforniya Zəlzələlər Mərkəzinin tədqiqatçıları çıxış ediblər.
Onların sözlərinə görə, belə zəlzələlər adi yeraltı təkanlarla müqayisədə daha güclü və dağıdıcıdır.
Mütəxəssislərin fikrincə, təhlükə təxirəsalınmaz tədbirlərin görülməsini - inşaat normalarının sərtləşdirilməsini və seysmik monitorinq sisteminin yaxşılaşdırılmasını tələb edir.