ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ölüm cəzasına məhkum edilmiş bütün şəxslərin cəzalarının ömürlük həbslə əvəzlənməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə qubernatorun rəsmi saytında dərc olunan açıq məktubda bildirilib.
"Mən konstitusiya ilə verilmiş əfv səlahiyyətimdən istifadə edərək Kaliforniyada bütün ölüm hökmlərini şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz etmək qərarına gəldim. Bu addımı ona görə atıram ki, dövlət tərəfindən icazə verilən qətlin Kaliforniya dəyərləri ilə uzlaşmadığına qəti şəkildə inanıram", - deyə Nyusom qeyd edib.
Qubernator əlavə edib ki, təxminən 30 ildir ölüm cəzasına qarşı çıxır. Onun sözlərinə görə, Kaliforniyada son bir il ərzində heç kim edam edilməyib.
Bununla belə, ştatda 548 məhbus ölüm cəzasına məhkum edilib və edamını gözləyir.