Kamçatkanın cənub sahillərində 6.3 bal gücündə sualtı zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialından məlumat verilib.
Monitorinq xidmətinin məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 22:13-də (Bakı vaxtı ilə saat 14:13 - red.) qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan təxminən 373 kilometr məsafədə yerləşib, zəlzələ ocağının dərinliyi isə təxminən 22 kilometr təşkil edib.