Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kanada siqh liderinin ölkə ərazisində öldürülməsində Hindistandan şübhələnir
Kanadanın baş naziri Castin Trüdo Hindistan hökumətini siqh separatçılarının lideri Hardip Sinq Nicarın qətlinin təşkilində iştirakda şübhəli bilib.
O, iyun ayında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki məbədin yaxınlığında güllələnərək öldürülüb.
Trüdo bildirib ki, G20 sammiti zamanı Hindistanın baş naziri Narendra Modi ilə görüşündə siqh liderinin öldürülməsi məsələsini qaldırıb.
Kanada parlamentinin iclası zamanı Trüdo “Kanada ərazisində bir Kanada vətəndaşının qətlində xarici hökumətin hər hansı bir iştirakı suverenliyimizin qəbuledilməz pozulmasıdır”, - deyə vurğulayıb.
“Bu, azad, açıq və demokratik cəmiyyətləri idarə edən əsas qaydalara ziddir”, - deyə baş nazir əlavə edib.
Mənbə: bbc
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda quyuya düşən qızı bir həftəyə yaxındır xilas etməyə çalışırlar
- Hindistanda yeddigünlük matəm elan edildi
- Hindistanda aqressiv meymunlar kəndi "işğal etdilər"
- Hindistan Aya missiya göndərəcək: Müddət açıqlandı
- Konor Makqreqorla Ceyk Pol arasında keçiriləcək görüşün yeni detalları məlum oldu
Rəylər