Anatoli Kaşpirovskinin oğlu Sercio Montana atasının mülkünü qanqsterlərə kirayə verirmiş.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata əsasən, 2016-cı ildən etibarən Kaşpirovskinin evində qeydiyyatdan keçməmiş avtomobillər idarə edən və maşınları birbaşa məhəllədə təmir edən cinayətkar qruplaşma üzvləri yaşayıblar.
İddia olunur ki, həmin evə mütəmadi olaraq polis çağırılıb. 2018-ci ildə məhkəmə qərarı ilə həmin icarədarlardan iki avtomobili müsadirə edilib. 2019-cu ildə isə səs-küylü gecə əyləncələri ilə bağlı şikayətlərə görə polis yenidən əraziyə gəlib. Şənliyi təşkil edən sakinlərin silahlı olduğu üzə çıxıb. Borca görə elektrik enerjisi kəsildiyi üçün ev təhlükəli mülk kimi qeydə alınıb.
Bildirilir ki, Montana kirayənişinlərin qanunsuz əməllərinə görə özünün də cinayət məsuliyyətinə cəlb edilə biləcəyindən və bir ilə qədər həbs cəzası alacağından ehtiyatlanıb. Bu səbəbdən Kaşpirovskinin oğlu sözügedən mülkü 450 min dollara satıb.
Qeyd edək ki, bu il oktyabrın 3-də Kaşpirovski dünyasını dəyişib. Məlumata görə, Montana atası ilə vidalaşma mərasiminə qatılmaqdan imtina edib.