Şimali Koreya liderinin böyük qardaşı, Malayziyada qətlə yetirilmiş Kim Çen Nam Makaoda Yaponiyanın tanınmış siyasətçilərindən biri – İctimai təhlükəsizlik işləri üzrə komissiyanın sabiq rəhbəri Xadzime İsii ilə məxfi görüş planlamışdı.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yapon siyasətçisi “Sankei Shimbun” nəşrinə verdiyi müsahibəsində danışıb.
O bildirib ki, görüşdə iki ölkə münasibətlərinin gələcəyi, eləcə də Şimali Koreyada ümumilikdə vəziyyətin inkişaf perspektivləri müzakirə ediləcək.
Nəşr qeyd edir ki, Kim Çen Namın xarici siyasətçilərlə əlaqəsi Şimali Koreya hakimiyyətində narahatçılığa səbəb ola bilərdi.
Bu gün həmçinin Malayziya məhkəməsi, Kuala-Lumpur aeroportunda Kim Çen Namın qətli ilə əlaqədar iki Vyetnam və İndoneziya vətəndaşına qarşı ittiham irəli sürüb.
İndoneziyalı müttəhimin vəkili jurnalistlərə iş üzrə araşdırmanın bir neçə aydan sonra baş tutacağını bildirib.
N.О.
www.oxu.az