Böyük Britaniyanın Baş naziri Kir Starmer tez-tez xarici səfərlərə çıxdığı üçün öz hökumətinin tənqidinə tuş gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Times" yayıb.
"O, bu əsrdə hava nəqliyyatı ilə hər hansı digər baş nazirlə müqayisədə daha çox mil (1 mil = 1.60934 kilometr) qət edib, bəyənilmə reytinqi isə ən kəskin şəkildə düşüb", - nəşr mötəbər mənbələrə istinadla yazıb.
Məlum olub ki, xarici işlər naziri Devid Lemmi Starmerlə söhbətində ona ölkənin daxili problemlərinə diqqət yetirməsi üçün xarici səfərlərini məhdudlaşdırmağı tövsiyə edib.
Bildirilir ki, ötən həftə baş nazir 40-cı səfərini həyata keçirib. O, Milad bayramına qədər daha altı səfər planlaşdırıb. Bu da onun "heç vaxt yerində tapılmayan Kir" adlandırılmasına səbəb olub.