Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Starmer və Makron ABŞ-nin tariflərinə qarşı istənilən cavab tədbirini nəzərdən keçirməyə hazırdırlar
Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron ilə ABŞ-nin tətbiq etdiyi yeni idxal tarifləri ilə bağlı danışıqlar aparıb. Siyasətçilər cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçirmək bartədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
"Baş nazir ABŞ-nin bu həftə əlavə rüsumlar elan etməsindən sonra Prezident Makronla danışıb. Onlar razılaşıblar ki, ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil, lakin heç bir şey istisna edilməməlidir ", - bəyanatda deyilir.
Makron və Starmer, həmçinin yekdilliklə ticarət müharibəsinin qızışdırılmasının əleyhinə çıxış edib və bunun heç bir tərəfə fayda vermədiyini qeyd ediblər.
"Kir Starmer" teqi üzrə xəbərlər
- Londonda Starmerin evini yandırmaqda şübhəli bilinən ikinci şəxs həbs edilib
- Rəsmi Kiyev: "Zelenski və Avropa liderləri Trampla telefonla danışıblar"
- Britaniya rəsmisi Zelenskiyə danışıqlar üzrə tövsiyə vermək üçün Türkiyəyə gedəcək
- Britaniya mediası: Baş nazirin evinin yandırılmasının arxasında düşmən dövlət dayana bilər
- Böyük Britaniyanın baş nazirinin evini yandırmaqda ittiham olunan şəxs həbs edildi