Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahilləri yaxınlığında gəmi ilə bağlı daha bir insidentin baş verməsi barədə məlumat yayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə mərkəzin yaydığı rəsmi bəyanatda bildirilib.
"UKMTO-ya Omandan şərqə doğru üç dəniz mili (5,5 kilometr) məsafədə baş vermiş hadisə ilə bağlı məlumat daxil olub. Kapitan gəminin yanına mərmi düşdüyünü, suyun sıçradığını gördüyünü qeyd edib", - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, sözügedən insident kruiz gəmisi ilə yaşanıb.
Bəyanatda həmçinin gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunub.
Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında öz əksini tapıb.
"UKMTO Omanın şimal-şərqindən 25 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı bildiriş alıb. Konteyner gəmisi mənşəyi bilinməyən mərmi ilə vurulub və nəticədə gəmidəki bəzi konteynerlərə ziyan dəyib", - deyə açıqlamada qeyd olunub.
Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib.
Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı.
Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, gəmilər və ekipaj üzvləri heç bir zədə və xəsarət almayıblar.
Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa etdiyini açıqlayıb. Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.