Yəmən Hərbi Hava Qüvvələri (HHQ) Qırmızı dənizin sahilində yerləşən strateji əhəmiyyətli Moxa limanı yaxınlığında üsyançı "Ənsar Allah" hərəkatının (husilər) mövqelərinə kütləvi hücum həyata keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Yəmən hərbçiləri xəbərdarlıq ediblər ki, mülki şəxslərə xüsusi göstəriş verilənədək məhdudiyyət zonasına daxil olan yollardan istifadə etmək qadağandır.
Qaynar xətt:
(055) 224 12 12