Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame dekabrın 4-də Ağ Evdə iki ölkə arasında sülh sazişi imzalayacaqlar.
Oxu.Az xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolin Livit bunu müntəzəm mətbuat brifinqində açıqlayıb.
"Cümə axşamı Prezident Tramp onun vasitəçiliyi ilə tarixi sülh və iqtisadi sazişi imzalamaq üçün Ruanda və Konqo DR prezidentlərini qəbul edəcək", - deyə o bildirib.