Fransanın keçmiş prezidenti Fransua Ollandın (2012-2017) Parisdəki mənzili qarət edilib.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV televiziya kanalı məlumat yayıb.
Oğurlanan əşyaların tam siyahısı açıqlanmayıb, lakin məlumata görə, polis müdaxiləsi sayəsində ciddi nəticələrin qarşısı alınıb.
Oğrular qarətdən bir müddət sonra tutulublar. Oğurlanan əşyalar axtarış zamanı tapılıb və Ollanda qaytarılıb.
Hadisə ilə bağlı əslən Əlcəzairdən olan hər iki şəxsə qarşı ittiham irəli sürülüb.